BANK

"Zaminbank" müflis elan edilə bilər
28 SENTYABR
402

"Zaminbank" müflis elan edilə bilər

2016-09-28 17:04:00

Ləğvetmə prosesində olan "Zaminbank" ASC-nin müflis elan olunması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilib.

Bu barədə Bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, bu addım "Zaminbank"ın öhdəliklərinin yerinə yetirilməsini tezləşdirmək üçün atılıb. Məhkəmənin bu işə nə vaxt baxacağı isə hələ ki, məlum deyil.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası "Zaminbank"ın lisenziyasını bu il, iyulun 21-də ləğv edib. Həmin gün həmçinin "Dekabank", "Kredobank" və "Parabank" ASC-lərin lisenziyası ləğv olunub. Bu banklardan yalnız biri - "Kredobank" 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin avqustun 29-da qəbul etdiyi qərarla müflis elan edilib.

Mənbə: Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274