BANK

Bankirlər müştərilərlə münasibətləri müzakirə ediblər - TOPLANTI
23 SENTYABR
644

Bankirlər müştərilərlə münasibətləri müzakirə ediblər - TOPLANTI

2016-09-23 19:27:00

Sentyabrın 23-də Azərbaycan Banklar Assosiasiyasının (ABA) hüquq məsələləri üzrə ekspert qrupunun növbəti iclası keçirilib.

Fins.az ABA-ya istinadla xəbər verir ki, iclas zamanı son dövrdə bank-müştəri münasibətlərindəki dəyişikliklər və bu münasibətlərin tənzimlənməsi zamanı tətbiq edilməsi müsbət nəticə verəcək təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) hüquq və icraat departamentinin rəhbərliyinin iştirak etdiyi iclasda MBNP ilə bank nümayəndələri arasında səslənən fikirlər ətrafında müzakirələrin davamı üçün növbəti görüşün keçirilməsi razılaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275