BANK

"KPMG" bu banklarımızın audit rəyini verir
23 SENTYABR
444

"KPMG" bu banklarımızın audit rəyini verir

2016-09-23 15:46:00

KPMG “Böyük Dördlük” adlanan dünyanın 4 nəhəng audit şirkətlərindən biri olub, peşəkar xidmət təşkilatıdır.

Gəlirlərinə və əməkdaşlarının sayına görə isə bu dördlükdə "Deloitte" ,  "PWC" və “Ernst & Young” –dan sonra dördüncü yerdədir.

Eləcə də bax: Hansı bankların auditini "Deloitte" keçirir?
Eləcə də bax: “Ernst & Young” audit şirkəti ilə çalışan 7 bank hansıdır?

Dünyanın bir çox yerində nümayəndəliyi olan xidmət şəbəkəsinin mərkəzi Niderland-Amsterdamda yerləşir və şirkətlərə audit, vergi və məsləhət xidmətləri təklif edir.

“KPMG Azərbaycan limited” şirkətin Azərbaycan Respublikasındakı nümayəndəliyidir və 1998-ci ildən etibarən Respublikamızda fəaliyyət göstərir.

E-mail: office@kpmg.az

Audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. 

Kənar audit təsərrüfat subyektlərinin mühasibat uçotunun və maliyyə hesabatının düzgünlüyünü qiymətləndirmək məqsədi ilə auditor firmaları və sərbəst auditorlar tərəfindən müqavilə əsasında aparılır.

“KPMG Azərbaycan limited” Azərbaycanda bir sıra bankların kənar auditini həyata keçirir və illik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq düzgün və ədalətli hazırlanıb hazırlanmamasını yoxlayır.

“KPMG Azərbaycan limited” audit şirkəti Azərbaycanda aşağıdakı bankların auditini həyata keçirir və göstərilmiş illərdə ardıcıl olaraq banklara audit xidməti göstərmişdir:

Bank

Bank ilə ardıcıl olaraq çalışma müddəti

AGBank

2011-2014

Bank Standard

2012-2013

Nikoil Bank

2015

Rabitəbank

2015

Mənbə: banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272