BANK

Dünya Bankının Bakı nümayəndəsi dəyişdi
22 SENTYABR
260

Dünya Bankının Bakı nümayəndəsi dəyişdi

2016-09-22 12:46:00

Dünya Bankının Azərbaycan üzrə yeni ölkə meneceri müəyyənləşib. 

Yeni menecer indiyə qədər Bankın Avropa və Mərkəzi Asiya üzrə proqram meneceri olmuş Navid Həsən Naqvi (Naveed Hassan Naqvi) təyin edilibdir.

Yeni ölkə meneceri Dünya Bankında fəaliyyətinə 2004-cü ildə iqtisadi təhsil üzrə məsul vəzifəyə təyin edilməklə başlayıb. Bundan öncə isə o, Pakistan hökumətində bir sıra vəzifələrdə çalışıb.

N.H.Naqvi “Durham” və “Hull” universitetlərini bitirib. 

Qeyd edək ki, Bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenkonun səlahiyyət müddəti bu ilin iyununda başa çatıb. O, hazırda karyerasını Liberiyada (Qərbi Afrika) davam etdirir.

Eləcə də bax: Azərbaycan Yuxarı Orta-Gəlirli ölkələr siyahısına düşdü
Eləcə də bax: AMB-nin üzüyumşaqlığı – TƏHLİL

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271