BANK

Muğanbank dollar satışını dayandırdı
21 SENTYABR
678

Muğanbank dollar satışını dayandırdı

2016-09-21 14:41:00

Bu gündən etibarən “Muğanbank” xarici valyuta satışını tamamilə dayandırıb. Bankdan fins.az-a verilən məlumata görə,  avro satışı sentyabrın əvvəlindən etibarən dayandırılmışdı. Sentyabr ayının 21-dən isə  dollar satışı tamamilə dayanıb. Qeyd edək ki, ötən günə qədər bank  500 dollar limitlə satış həyata keçirirdi.

Xatırladaq ki, bu gün ölkədə dollar satmayan bankların sayı 7 olub. Siyahı belədir: 

  1. “Azərbaycan Beynəlxalq Bankı” 
  2. “Bank Standard”
  3. “Bank VTB (Azərbaycan)”
  4. “Dəmirbank”
  5.  İran Milli Bankının Bakı filial
  6. “Muğanbank”
  7. “PAŞA Bank”

Best regards,

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272