BANK

Avropanın ən yaxşı rəqəmsal bankının adı açıqlanıb
19 SENTYABR
376

Avropanın ən yaxşı rəqəmsal bankının adı açıqlanıb

2016-09-19 19:09:00

"CITI Bank" "Global Finance" jurnalının keçirdiyi müsabiqənin yekunlarına əsasən, Qərbi, Mərkəzi və Şərqi Avropa ölkələrinin əksəriyyətində ən yaxşı korporativ rəqəmsal bank seçilib.

Fins.az  “banks.eu” saytına istinadla xəbər verir ki, bank, həmçinin "İnformasiya təhlükəsizliyi ilə bağlı ən yaxşı təşəbbüslər", "Ən yaxşı inteqrasiya olunmuş korporativ bank saytı,", "Ən yaxşı onlayn-xəzinə xidməti" və s. nominasiyalarının qalibi olub.

Səudiyyə Ərəbistanında ən yaxşı rəqəmsal İslam bankı "Bidaya Home Finance", Küveytdə "Boubyan Bank", Pakistanda "Standard Chartered", Estoniya və Litvada "SEB" İsveç Bankı, Polşada "mBank" ən yaxşı korporativ rəqəmsal bankı, İtaliyada "FinecoBank", İrlandiyada "Bank of Ireland", Portuqaliyada "Millennium bcp" ən yaxşı istehlak rəqəmsal bankı elan olunublar.

Mənbə: Azertag

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272