BANK

Hələlik yalnız biznes kreditləri verir - BANKDAN AÇIQLAMA
19 SENTYABR
785

Hələlik yalnız biznes kreditləri verir - BANKDAN AÇIQLAMA

2016-09-19 15:49:00

“NIKOIL Bank” hazırda yalnız sahibkarlar və iş adamları üçün biznes kreditlər ayırır. Devalvasiyadan sonra dayandırılmış istehlak kreditlərinin verilməsi isə hələlik bərpa edilməyib. Bankdan fins.az-a verilən məlumata görə, artıq 12 ildir ki, «NIKOIL Bank» Sahibkarlığa Kömək Milli Fondu ilə fəal əməkdaşlıq edir. SKMF-nun xətti ilə güzəştli kreditlərin əsas alıcıları ölkənin müxtəlif bölgələrindəki kiçik və orta biznes subyektləridir. Bu kreditlər Azərbaycanda istehsalın və kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına təsir edən əsas motivasiya amillərindəndir. Bu müddət ərzində Bank tərəfindən 36 mln. manat məbləğində 1592 kredit verilib.

Bugün də NIKOIL | Bank bazarın kiçik və orta biznes seqmentinin iştirakçıları olan çörək və un məmulatlarının bişirilməsi və digər  ərzaq və məhsullarının istehsalı ilə məşğul olan sahibkarlar eləcə də heyvandarlıq, arıçılıq, balıqçılıq, əkinçiliklə məşğul olan fermerlər üçün sərfəli kredit şərtləri təklif edir. Kredit məbləği 5000-10000000 AZN, kredit müddəti kreditin məbləğindən asılı olaraq 10 ilədək, illik 6% dərəcəsi ilə kredit müddətinin yarısına qədər güzəşt dövrü ilə verilir. Başqa sözlə, krediti, məsələn 6 illiyə götürən sahibkar, ilk 3 il ərzində yalnız faizləri ödəyir, əsas borcun ödənilməsinə isə 3 ildən sonra başlayır. Bu da iş adamının maliyyə vəziyyətinin möhkəmlənməsinə qədər ona möhlət verilməsidir.

O ki qaldı, istehlak kreditlərinin bərpasına, bankdan bildirilib ki, kredit şərtlərində müəyyən dəyişiklikləri edildikdən sonra onlar bərpa ediləcək.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275