BANK

Palata: Kredit bürolarının yaradılmasında 15 bank iştirak edəcək
19 SENTYABR
618

Palata: Kredit bürolarının yaradılmasında 15 bank iştirak edəcək

2016-09-19 14:18:00

"Azərbaycanda kredit bürolarının yaradılmasında 15 bank iştirak edəcək". 

Fins.az APA-ya xəbər verir ki, bu barədə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.

Onun sözlərinə görə, ölkənin bank sektorunda aktivlərin və kredit portfelinin təxminən 80%-ə malik olan bu banklar kredit bürolarının yaradılması məqsədi ilə təşəbbüs qrupu yaradıb.

Qeyd edək ki, Azərbaycanda ilk kredit bürosunun yaradılması zamanı İslandiya modelindən istifadə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275