BANK

Bəzi banklar dollar satışı limitini azaltdı - MƏBLƏĞLƏR
16 SENTYABR
2676

Bəzi banklar dollar satışı limitini azaltdı - MƏBLƏĞLƏR

2016-09-16 15:03:00

Bu gün, yəni sentyabr ayının 16-da ölkə üzrə 27 bank dollar satışı həyata keçirib. Fins.az-ın araşdırmasına görə, bankların böyük hissəsi xarici valyutaları limitsiz satır. 11 bank isə hələ də 100-1000 dollar limitlə satış həyata keçirir. Bəzi banklar bu gün dollar satışı ilə bağlı limitə dəyişiklik ediliblər.

Fins.az-ın məlumatına görə, “Yapı Kredi Bank (Azərbaycan)” bu gündən etibarən xarici valyuta satışı üzrə limiti 1000 manatdan 300 manata qədər azaldıb.  “Zıraat Bank (Azərbaycan)” isə sentyabrın 15-nə qədər limitsiz  satış həyata keçirsə də, bu gün xarici valyuta satışına 500 dollar limit qoyub.

 

“Unibank” isə nəhayət ki, dollar satışı üzrə limiti artırıb. Bankdan fins.az-a verilən məlumata görə, bu gündən etibarən xarici valyuta satışı üzrə limit 100 dollardan 300 dollara kimi artırılıb. Müştərilərə eyni zamanda  300 dollar ekvivalentində digər valyutalar da təklif edilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275