BANK

Zakir Nuriyev: Marjanın dəyişdirilməsinə ehtiyac yoxdur
16 SENTYABR
346

Zakir Nuriyev: Marjanın dəyişdirilməsinə ehtiyac yoxdur

2016-09-16 14:24:00
Azərbaycanda nağd valyutanın alqı-satqısı ilə bağlı 4%-lik marjanın dəyişdirilməsinə ehtiyac yoxdur. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, bu marja həm bazar iştirakçılarının möhtəkirlik məqsədi ilə valyuta alıb saxlamasının qarşısını alır: "Bankları isə əllərindəki valyutanı 4%-lik marjanı nəzərə alaraq satışa çıxarmağa stimullaşdırır".

Xatırladaq ki, bu ilin yanvarın 13-də valyuta mübadiləsi zamanı kommersiya banklarının tətbiq etdiyi marja 2%-dən 4%-dək artırılıb.

***

Z.Nuriyev rəhbərlik etdiyi qurumun Azərbaycan Mərkəzi Bankına valyuta dəhlizinin müəyyən edilməsi ilə bağlı vaxtı ilə etdiyi təklif barədə də danışıb. Onun sözlərinə görə, bu təklif xarici təcrübə nəzərə alınmaqla irəli sürülüb: “Bu cür təkliflər Azərbaycanda Maliyyə Sabitliyi Şurası tərəfindən nəzərdən keçirilir, ölkəyə uyğundursa, tətbiq edilir. Biz sadəcə təkliflərimizi veririk”.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274