BANK

«Bank of Baku»nun da - «DONU AÇILDI» 
14 SENTYABR
2934

«Bank of Baku»nun da - «DONU AÇILDI» 

2016-09-14 16:27:00
Sentyabrın 8-də Mərkəzi Bankın və Neft Fondunun hərraca  xeyli məbləğdə dollar çıxarması bankları dollar satmağa ruhlandırıb. Bu gündən, yəni sentyabr ayının 14-dən etibarən daha 4 bank dollar satışını bərpa edib.
 
Fins.az-ın araşdırmasına görə, bəzi banklar avqust ayının sonundan etibarən ara sıra dollar satsa da, bəziləri son 15 gündə dollar satışını tamamilə dayandırmışdı. «Xalq Bank» və «Nikoil Bank» avqustun sonundan etibarən məzənnəni yalnız nəğdsiz ödənişlər üçün  müəyyən edirdi.
 
Bu gündən etibarən «Xalq Bank» 500 dollar limitlə xarici valyuta satışını bərpa edib. Son bir  həftədə  yaranan dollar bolluğu «Nikoil Bank»ı da  hərəkətə gətirib. Bankın filiallarından hazırda 2000 dollara kimi  xarici valyuta almaq mümkündür.
 
Bundan əlavə, «Bank of Baku»da ötən həftənin əvvəlində əvvəlcə 100 dollar limitlə satış həyata keçirsə də, sentyabrın 7-dən etibarən dollar satışını tamamilə dayandırmışdı. Bankdan fins.az-a verilən məlumata görə, bu gündən etibarən xarici valyuta satışı bərpa edilib. Bir nəfərə 300 dollar limitlə satış həyata keçirilir.
 
“Bank of Baku” ilə yanaşı, Pakistan Milli Bankının Bakı filial da bu gündən dollar dollar satmağa başlayıb.Bank xarici  valyuta satış limitini əvvəlcə 500 dollara kimi qaldırsa da, sonradan dollar satışını dayandırmışdı. Bu gündən bank yenidən satışa başlayıb. Amma bir nəfər 200 dollar limitlə satış həyata keçirilir. Bank yalnız avro satır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270