BANK

İqtisadiyyat üçün itirilmiş imkanlar - Bankirdən açıqlama
14 SENTYABR
702

İqtisadiyyat üçün itirilmiş imkanlar - Bankirdən açıqlama

2016-09-14 16:09:00

Hazırda ölkədə 200 min artıq kiçik və orta biznes subyekti fəaliyyət göstərir. Bu haqda Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev “Daşınar əmlakın yüklülüyü islahatı” Konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə əsasən, hazırda Azərbaycan iqtisadiyyatında fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin mövcud aktivlərinin çox az hissəsi (təqribən 22%-i) daşınmaz əmlakdan ibarətdir. Kreditorlar isə əsasən girov qismində məhz daşınmaz əmlak tələb edirlər. Təsadüfi deyil ki, qəbul edilən girovların 70%-dən çoxu əmlakın bu növünün (yəni, daşınmaz əmlakın) payına düşür. Bu isə, təbii olaraq, kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxışını məhdudlaşdırır, inkişafını ləngidir, eyni zamanda maliyyə vasitəçiləri – banklar və digər kredit təşkilatları – və bütövlükdə iqtisadiyyat üçün itirilmiş imkanlar (yəni, qazanılmamış mənfəət) yaradır.

Daşınar əmlakın yüklülüyü əsasında maliyyələşdirmə mexanizminin hazırlanması ilə yanaşı, eyni zamanda, daşınar əmlakın girov reyestrinin tətbiqi də xüsusi önəm daşımaqdadır. Belə reyestrin qurulması daha sağlam kreditləşdirməyə və bank sisteminin maliyyə dayanıqlılığının təmin olunmasına xidmət edəcəkdir.

Bu baxımdan ölkədə daşınar əmlakın yüklülüyü əsasında maliyyələşdirmə mexanizminin, eyni zamanda, “Daşınar əmlakın yüklülüyü haqqında” Qanun layihəsinin hazırlanması, həmçinin, müştərilər barədə daha dolğun və ətraflı məlumatları özündə əks etdirməklə, informasiya asimmetriyasını minimuma endirəcək və bank sisteminin maliyyə sabitliyinə əhəmiyyətli töhfə verəcək kredit-informasiya infrastrukturunun təkmilləşdirilməsi (kredit bürolarının yaradılması) məqsədilə “Fərdi məlumatlar haqqında” AR Qanununa əlavə və dəyişikliklər layihəsinin işlənib hazırlanması xüsusi əhəmiyyət kəsb edir.

Mənbə: bbn.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272