BANK

Dollara tələbat azalacaq-EKSPERTDƏN AÇIQLAMA
08 SENTYABR
1273

Dollara tələbat azalacaq-EKSPERTDƏN AÇIQLAMA

2016-09-08 18:14:00

Xəbər verdiyimiz kimi, bu gün növbəti valyuta hərracı keçirildi.  Bu dəfə hərraca   əvvəlkindən 6 dəfə çox ABŞ dollar çıxarılsa da bankların bu valyutaya olan tələbi yenə də ödənilmədi.

Bu gün bankların dollar olan tələbatı 402.56 milyon manat olub. Əvvəlki illə müqayisədə tələb xeyli azalsa da valyuta ehtiyac çoxdur. Bazardakı vəziyyəti fins.az-a şərh edən İqtisadçı-ekspert Samir Əliyev  son bir ayda valyuta bazarında gərginlik daha çox müşahidə olunduğunu vurğulayıb.

“Banklar ya dollar satışını məhdudlaşdırıb, ya da tamamilə dayandırıb. Getdikcə dollar satan banklar azalırdı. Artıq dünəndən bir qədər fərqli situasiya yaranıb. “Qara bazar”da dolların satış qiyməti 1.82 manatadək  artmışdı. Artıq bir qədər ucuzlaşma müşahidə olunur”.  

Ekspert bildirib ki,  bankların öz öhdəliklərini yerinə yetirməsi üçün dollara böyük  ehtiyacları yaranıb: “Son vaxtlar bazarda bəzi proseslər baş verir ki, o da dollara tələbatı artırır. Məsələn , bağlanan bankların əmanətçilərinə kompensasiyaların ödənilməsi prosesi gedir.  Bu əmanətlərin  təxminən 80 faizi xarici valyutadadır. Qaytarılan əmanətlər əhaliyə manatla qaytarılır və yenidən dollar çevirmək zərurəti yaranır. Turizm mövsümü ilə bağlı yerli və əcnəbi vətəndaşların dollar olan tələbatı artıb . Eyni zamanda xaricə gedən tələbələrin dollara ehtiyacı var. Bu arada SOCAR müvəqqəti olaraq yanacaq idxalına başlayıb. Bütün bunlar dollar tələbatını artırdı. Tədiyyə balansına nəzər salsaq görərik ki,  ölkəyə gələn dollar gedənlə müqayisədə azdır”.

Artıq hərraca bir neçə dəfə artıq dolların çıxarıldığını qeyd edən S.Əliyev  2-3 hərracdan sonra tələbin kəskin azalması  ehtimalını da istisna etməyib. Ancaq hesab edir ki, hərraca valyuta çıxarılması  çıxış yolu deyil.

“Bu, ölkədə dollar olan tələbatı ödəmək üçün müvəqqətidir bir tədbirdir. Problem isə köklüdür. Ölkədən xaricə böyük həcmdə kapital axını var. Bunun qarşısı alınmalıdır. Ölkəyə daha çox dollar gətirən sahələr, xüsusilə ixrac stimullaşdırılmalıdır”.

Ekspert hesab edir ki, manatın məzənnəsinin bahalaşması baş verməməlidir. “Düşünürəm ki, manat yavaş-yavaş ucuzlaşmaqda davam etməlidir.  Bu həm də kəskin devalvasiyanın baş vermə ehtimalını aşağı salır”.

Qeyd edək ki, bankların dollar satışını  məhdudlaşdırmasını süni addım kimi dəyənləndirirlər. Bu məsələyə aydınlıq gətirən S.Əliyev deyib ki, qanunvericilikdə  bankların nə qədər satmalı olub-olmadığı barədə hər hansı müddəa yoxdur.

“Dollar satmaq bankların öz hüququdur. Bankların öz müştəriləri və xarici  kreditorları qarşısında öhdəlikləri var. Qıtlıq da onunla bağlıdır ki, banklar əllərinə düşən manatı dollara çevirib öhdəlikləri yerinə yetirməklə məşğuldular. Banklar əllərində olan dolları öz koorperativ müştərilərinə verirlər. Düşünmürəm ki, dollar satışının məhdudlaşdırması suni düşünülmüş addım deyil” 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272