BANK

Bu bank müflis elan edildi
07 SENTYABR
4443

Bu bank müflis elan edildi

2016-09-07 18:01:00

Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.08.2016-cı il tarixli 2-1 (81)-3619/16 saylı qərarı ilə "Kredobank" ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılıb.

Əmanətlərin Sığortalanması Fondundan fins.az-a bildiriblər ki, fond iyulun 25-dən ləğv prosesində olan "Kredobank" ASC-nin ləğvedicisi kimi fəaliyyətə başlayıb. Bununla əlaqədar olaraq müflis elan edilmiş banka qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaq.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər: kreditorun adı, ünvanı; tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri; tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Kreditorlar bu elanın dərcindən 60 gün ərzində bankın ləğvedicisinə müraciət etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272