BANK

“Nikoyl Bank” yarım ilin hesabatını açıqladı
06 SENTYABR
361

“Nikoyl Bank” yarım ilin hesabatını açıqladı

2016-09-06 16:30:00

2016-cı ilin birinci yarımilinin sonuna “Nikoyl” İnvestisiya-Kommersiya Bankının cəmi aktivləri 526 milyon 802 min manat təşkil edib.  Müqayisə üçün qeyd edək ki, ötən ilin sonunda Bank 569 milyon 950 min manata aktivə malik idi.

Yanvar-İyul aylarında Bankın müştərilərə verdiyi kreditlərin cəmi məbləği 382 milyon 759 min manatdan 340 milyon manatadək geriləyib.

30 İyun 2016-cı il tarixinə  “Nikoyl Bank”ın cəmi öhdəlikləri 483 milyon 955 min manat təşkil edib. Ötən ilin sonunda Bankın cəmi öhdəlikləri 548,5 milyon manat idi. Öhdəliklərin azalması əsasən depozitlərin 388 milyon manatdan 324 milyon manatadək düşməsilə bağlıdır.

Birinci yarımilin sonunda Bank 42 milyon 847 min manat cəmi kapitala malik olub.

Qeyd edək ki, “Nikoyl Bank”ın səhmdarları nizamnamə kapitalının artırılmasına qərar veriblər. Tezliklə Bankın nizamnamə kapitalının 100 milyon manata yaxınlaşacağı gözlənilir.

“Nikoyl Bank” 2016-cı ilin birinci yarısı üzrə maliyyə nəticələri hesabatını açıqlamayıb. Qeyd edək ki, Bank ötən ili 23 milyon 589 min manat zərər ilə başa vurmuşdu.

Mənbə: Marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275