BANK

CDB Bankın daha bir filialı açıldı
05 SENTYABR
293

CDB Bankın daha bir filialı açıldı

2016-09-05 13:06:00

“Caspian Development Bank (CDB)”ın yeni filialı Qubada açıldı. Şimal bölgəsində ölkə vətəndaşlarının bank xidmətlərinə olan tələbatını həyata keçirəcək CDB Bankın Quba filialı, Quba şəhəri Heydər Əliyev prospekti, məhəllə 21 ünvanında yerləşir. Müasir bina ilə təmin olunmuş filial CDB Bankın ümumi konsepti əsasında dizayn edilib və burada müştərilərin rahatlığını təmin etmək məqsədilə lazımi şərait yaradılıb. Peşəkar mütəxəssislərin xidmət göstərdiyi filialda vətəndaşlarımız müasir bank xidmətlərinin bütün növlərindən istifadə edə biləcəklər. CDB Bankın Quba filialı  müştərilərinə kassa hesablaşma əməliyyatları, kredit, əmanət, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif edir. Filialın xidmətlərindən Quba şəhəri ilə yanşı qonşu rayonların sakinləri də faydalana biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270