BANK

Saxo Bank marja tələblərini azaldıb
02 SENTYABR
277

Saxo Bank marja tələblərini azaldıb

2016-09-02 17:46:00

Bu gün ticarət və investisiyalar üzrə ekspert sayılan "Saxo Bank" ən populyar indeksli CFD-lər üçün yeni marjinal həlli təqdim edib ki, bu da müştəriləri ticarət zamanı maksimal likvidliklə təmin etməklə yanaşı marjanı məqbul səviyyələrdə saxlayacaq. İlk zamanlarda aşağı salınmış gündəlik marja “US 500”, “EU 50”, “GERMANY 30”, “UK 100”, “FRANCE 40”, “SPAIN 35” və “SWISS 20” kimi Avropa və ABŞ-ın əsas fond birjalarında müəyyən indeksli CFD-ləri əhatə edəcək.

“Saxo Bank”ın gündəlik marjası müştərilərə aktiv ticarət saatlarında əsas bazarda maksimal likvidliklə marja tələblərini azaltmağa və eyni zamanda ehtiyatı saxlamağa imkan yaradacaq. Gündəlik marja standart marja tələblərinin yarısını təşkil edir və aktiv ticarət saatları ərzində tətbiq oluna bilir. Ticarət əməliyyatları bağlandığı zaman isə bu funksiyadan istifadə etmək olmur. Gələcəkdə “Saxo Bank” gündəlik marja ilə CFD çeşidini genişləndirməyi planlaşdırır.

Bundan başqa, “Saxo Bank” aktiv ticarət saatları ərzində və normal bazar şəraitində tətbiq olunan indeksli CFD-lərə “təsbit edilmiş” spredlər təqdim edir. Bu o deməkdir ki, müştəri ən populyar indeksli CFD-lərə yönəldilən xərclərə 30% qənaət edə bilər. Bu müştərilərə daha rahat iş şəraiti və indeksli CFD-lər üzrə açılış və bağlanış pozisiyaları ilə əlaqədar ticarət xərclərində əminlik bəxş edir. CFD üzrə ABŞ, Avropa və Asiya-Sakit okean regionunun əsas indekslərinə spredlər pul bazarlarının açılış saatlarının minimum qiyməti səviyyəsində təsbit edilir. Təsbit edilmiş spredlər normal bazar şəraitində və müəyyən ticarət həcminə qədər tətbiq olunur.

Bazarlar bölməsinin başçısı Klaus Nilsen yenilik barədə bildirib: ”İndeksli CFD-lərə müştərilər tərəfindən yüksək maraq görürük və məhz buna görə istəyirik ki, müştərilər əsas fyuçers və maliyyə bazarlarında mümkün olan likvidliyi nəzərə alaraq çevik və məsuliyyətli şəkildə ticarət edə bilsinlər. Bazarlara mümkün olduğu qədər səmərəli giriş təmin etməyə çalışaraq, CFD gündəlik marja və optimallaşdırılmış spredlər təqdim etdik. Məqsədimiz müştəriləri ticarət saatları ərzində yüksək dərəcəli çeviklik və eyni zamanda risklərin məsuliyyətli idarəsi və məqbul marja səviyyəsi ilə təmin etməkdir”.

Qeyd olunan yeni təşəbbüslər “Saxo Bank”da CFD ticarəti şəraitində həyata keçirilmiş digər dəyişikləri tamamlayır. Məsələn, səhmlər üzrə aktiv qiymət qoyulma və CFD bazarına birbaşa çıxış.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274