BANK

Hava limanında dollar satışı dayandırıldı
02 SENTYABR
2165

Hava limanında dollar satışı dayandırıldı

2016-09-02 14:29:00

“Bank Silk Vey” dollar satışını tamamilə dayandırıb. Bankdan fins.az.a-a verilən məlumata görə, sentyabr ayının 1-nə kimi adi müştərilərə dollar satışı olmasa da, hava limanında xaricə səfər edənlər üçün dollar satışı həyata keçirilirdi. Uçuş bileti olanlara limitlə 300 dollar satılırdı. O cümlədən, eyni məbləğdə bankdan avro da almaq mümkün idi. Sentyabr ayının 2-dən etibarən isə  xaricə getmək istəyənlər üçün də satış dayandırılıb. Amma bankdan bunun səbəbi açıqlanmır.

Qeyd edək ki, bankın sentyabr ayının 2-nə  dollar üzrə alış qiyməti 1.6360 manat, satış üzrə qiyməti isə 1.7016 manatdır. Avronun alış məzənnəsi 1.8320 manat, satışı isə 1.9060 manat təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272