BANK

"Finans Lizinq" iki valyutada istiqraz buraxıb
01 SENTYABR 2016
304

"Finans Lizinq" iki valyutada istiqraz buraxıb

2016-09-01 12:53:00

Maliyyə Bazarlarına Nəzarət Palatası "Finans Lizinq" ASC-nin 100 min dollar və 100 min manatlıq istiqraz emissiyalarını qeydə alıb. Bu barədə  Palatadan bildirilib.

Məlumata görə, emissiyalar hər birinin nominal dəyəri 500 ABŞ dolları olan 200 və hər birinin nominal dəyəri 500 manat olan 200 istiqrazın dövriyyəyə buraxılmasını nəzərdə tutur. İstiqrazlar qapalı üsulla yerləşdiriləcək.

Xatırladaq ki, "Finans Lizinq" şirkəti 2007-ci ilin mayından fəaliyyət göstərir, nizamnamə kapitalı 1,2 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 000 manat olan 1 000 adi və 200 imtiyazlı səhm əsasında formalaşıb. Səhmlər 14 fiziki şəxsə, o cümlədən 19%-i Şıxəlizadə Tokay Murad oğluna, 13,1%-i Tağıyev Murğuz Elşən oğluna, 12%-i İbrahimov Ramiz İbrahim oğluna, 12,7%-i Cavadov Azad Malik oğluna, 10%-i Şərifov Mobil Famil oğluna məxsusdur.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+1°C
  • $ USD
    1.7352
  • € EUR
    1.8522
  • ₽ RUB
    0.0301