BANK

Dolların "qara bazar" qiyməti qalxdı
31 AVQUST
1513

Dolların "qara bazar" qiyməti qalxdı

2016-08-31 15:08:00

Banklardan dollar almaq çətinləşdikcə "qara bazar"da qiymət sürətlə bahalaşır. Fins.az bildirir ki, hazırda Bakıda "qara bazar"da bir dolların satış  kursu 1.73-1,75 manat arasında dəyişir. Həmçinin dollar satışı ilə məşğul olanların sırası da daralır və onlar ancaq etibar etdikləri, tanıdıqları şəxslərlə "bazarlıq" edirlər. 

Gəncə şəhərində isə qara bazarda 1 dollar  1,72-1,73  manata satılır. Fins.az xəbər verir ki, əvvəllər bu bazarda valyuta əməliyyatları limitsiz olsa da, indi əksəriyyəti 500-1000 dollar civarında satış həyata keçirirlər.

Qeyd edək ki, 31.08.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6321 səviyyəsində müəyyən olunub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272