BANK

Yubiley depozit hərracında nə qədər manat cəlb olundu?
29 AVQUST
435

Yubiley depozit hərracında nə qədər manat cəlb olundu?

2016-08-29 17:15:00

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün onuncu depozit hərracında 30 mln. manat cəlb edib. Bu barədə Fins.az-a AMB-dən məlumat verilib.

“Mərkəzi Bank avqustun 29-da bu hərracda 50 mln. manat cəlb etməyi planlaşdırmışdı. 30 mln. məbləğində vəsait 28 gün müddətinə cəlb edilib. Orta ölçülmüş faiz dərəcəsi 9,49% təşkil edib”, - deyə məlumatda bildirilir.

Xəbər verildiyi kimi, AMB iyun ayında depozit hərraclarının keçirilməsinə başlayıb. İyun-avqust aylarında keçirilmiş 9 hərracda bank 1 ay müddətinə 446 mln. manat cəlb edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275