BANK

Türkiyədə "Exchance"lər manatı dəyişməkdən imtina etdilər
27 AVQUST
1398

Türkiyədə "Exchance"lər manatı dəyişməkdən imtina etdilər

2016-08-27 11:54:00

Manatın kursunda qeyri-müəyyənlik davam etməkdədir. Ölkədəki banklar bir həftədən çoxdur ki, dollar satışını dayandırıb. Manatın taleyindəki qeyri-müəyyənlik artıq xarici ölkələrdə də özünü biruzə verməyə başlayıb. 

Türkiyədə yaşayan həmyerlimiz Hüseyn Qurbanov Moderator.az- a açıqlama verərək bildirib ki, o, bu səhər manatı Türkiyə lirəsinə çevirmək istəsə də İstanbuldakı exchangelər manat qəbul etməkdən imtina ediblər. Exchange əməkdaşları bildiriblər ki, onlar hətta 1 manatı 1 TL-yə belə dəyişməyəcəklər. Hazırda Türkiyədə rəsmi məzənnəyə görə isə 1 manatın 1.8 TL dir.
 
 
Qeyd edək ki, cəmi bir il bundan öncə 1 manat 3.5 TL idi. Belə davam edəcəyi halda Azərbaycan manatı dünyada ən sürətlə ucuzlaşan valyuta kimi Ginnesin rekordlar kitabına düşəcək...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275