BANK

Banklar iş qrafikini azaltdılar
26 AVQUST
1724

Banklar iş qrafikini azaltdılar

2016-08-26 16:13:00

Ölkədə fəaliyyət göstərən kommersiya bankları iş qrafikini azaldıblar. Fins.az xəbər verir ki, bəzi banklar ilin əvvəlindən, bəziləri isə birinci yarısından yenidən 5 günlük iş qrafikinə keçiblər. Əslində ilk baxışdan bu bankların vəziyyətinin yaxşı olmaması kimi görünsə də, beynəlxalq təcrübəyə əsasən sektorda maliyyə stabilliyyini təmin etmək üçün sınanmış tədbirlərlərdən biri hesab olunur.

“Dəmirbank”dan öyrəndik ki, bankda iş qrafiki 5 gündür. Şənbə günləri isə bankın yalnız mərkəzi ofisi 24 saat işləyir.

“Bank Standard” ilin əvvəlindən 5 günlük iş rejiminə keçib. 2016-cı ilə qədər bank həftənin şənbə günü də fəaliyyət göstərirdi. 

“Bank of Baku” 6 aydır iş qrafikini azaldıb. Hazırda bank şənbə günləri fəaliyyət göstərmir.

“Unibank” fevral ayından bəri  5 günlük iş qrafikinə keçib.

“Expressbank” daim 5 günlük iş qrafiki ilə  fəaliyyət göstərib.

“Bank Respublika” 5 günlük iş qrafikinə keçib, amma bu ilin əvvəlinə qədər bankın baş ofisi şənbə günləri də fəaliyyət göstərirdi. 

“Yapı Kredi Bank (Azərbaycan) - “Nərimanov” filialı istisna olmaqla bankın digər bütün filialları 5 günlük qrafiklə çalışır. “Nərimanov” həftənin bütün günü müştərilərə xidmət edir.

Amrahbank” daim 5 günlük iş qrafiki ilə  fəaliyyət göstərib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275