BANK

Banklar filiallarda niyə fərqli məzənnə tətbiq edir?
26 AVQUST
747

Banklar filiallarda niyə fərqli məzənnə tətbiq edir?

2016-08-26 14:16:00

Son zamanlar vətədaşlar tərəfindən ən çox ünvanlanan suallardan biri də  valyuta mübadiləsi zamanı bankların filialları arasında məzənnənin fərqli göstərilməsidir. Bu nə dərəcədə doğrudur?

Fins.az xəbər verir ki,  “Bank Silk Vey”  mərkəzlə filiallar arasında fərqli məzənnə siyasəti həyata keçirir. Bankın dolları alış kursu baş  ofis və 5 saylı filialda 1.6280 manat, 1 saylı filialda 1.6700 manat, hava limanında yerləşən filialında 1.6105 manat təşkil edir.  

Eləcə də bax: Marja 8%-ə qalxmasa devalvasiya olacaq – PROQNOZ

Qeyd edək ki, “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nın 9.1 maddəsinə əsasən,  nağd xarici valyutanın alış və satış məzənnələri banklar tərəfindən müstəqil şəkildə təyin edilir. Məzənnələr bankın xüsusi əmri ilə təsdiqlənir və şöbələr üzrə fərqli ola bilər. Əmrdə şöbənin nömrəsi, ünvanı, məzənnələr və məzənnənin müəyyən edilməsinin tarixi və vaxtı əks etdirilir. Tədavülə yararlı olan nağd xarici valyutanın məbləğinə, buraxılış ilinə, keyfiyyətinə və fiziki xassələrinə görə fərqli məzənnələr təyin edilə bilməz.

Eləcə də bax: Manatla kartlardan dolların çıxarılması dayandırıldı – AÇIQLAMA

Qaydalarda o da qeyd edilir ki, əməliyyat günü ərzində məzənnələr bankın əmri ilə dəyişdirilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274