BANK

Müflis olan bankların əmanətçilərinə müraciət – RƏSMİ
24 AVQUST
424

Müflis olan bankların əmanətçilərinə müraciət – RƏSMİ

2016-08-24 14:23:00

Əmanətlərin Sığortalanması Fondun (ADIF) “Atrabank” ASC və “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə müraciət edib. 

Fins.az xəbər verir ki, bu il yanvarın 28-də sığorta hadisəsi baş vermiş “Atrabank”ın qorunan əmanətçiləri kompensasiyaların alınması üçün müvafiq olaraq müqavilə bağladıqları filiala, “Xəzər” filialının qorunan əmanətçiləri isə “Atrabank”ın baş ofisinə, “Qafqaz İnkişaf Bankı”nın qorunan əmanətçiləri isə “Qafqaz İnkişaf Bankı”nın baş ofisinə müraciət edərək öz əmanətlərini geri ala bilərlər. 

Fondun məlumatına görə, “Qafqaz İnkişaf Bankı” və “Atrabank”da qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 (otuz) min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir, 30 min manatdan çox olan hissə isə ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək. 

Əmanətçilər onlara lazım olan məlumatları Əmanətlərin Sığortalanması Fondunun rəsmi veb səhifəsindən : www.adif.az əldə edə bilər, Fondla 941 saylı qaynar xətt, və ya 596 65 91/92 nömrələri vasitəsilə əlaqə yarada bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270