BANK

Bankların dollara təlabatını ödəmək üçün nəzərlər – NEFT FONDUNA YÖNƏLİB
22 AVQUST
647

Bankların dollara təlabatını ödəmək üçün nəzərlər – NEFT FONDUNA YÖNƏLİB

2016-08-22 10:20:00

Dövlət Neft Fondu neft pullarını satmaqda davam etməsinə baxmayaraq Dolların qiyməti düşümür.

Azərbaycan Republikası Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ildə manatla öhdəlikləri dövlət büdcəsinə transfer və digər öz xərcləri ilə birlikdə 8 milyard manata (təxminən 4,9 milyard dollar) yaxındır.

Yanvar-iyun aylarında Dövlət Neft Fondu hərraclarda 2 milyard 436 milyon  900 min dollar satıb. Fondun İyulda dollar satışı 450 milyon dollar, Avqustun ötən dövründə isə 298,5 milyon dollar təşkil edib. İlin əvəlindən bugünədək keçən müddət ərzində Neft Fondu 3 milyard 185 milyon 400 min dollar satıb.

Beləliklə, Dövlət Neft Fondu dövlət büdcəsinə transfer və digər öz xərcləri üzrə, ilin qalan dövründə təxminən 1,7 milyard dollar sata bilər (4,9 milyard dollardan təxminən 3,2 milyard dollarını satıb). Əgər Avqustun qalan dövründə keçiriləcək 3 hərracda daha 150 milyon dollar satılarsa, Fondun Sentyabr-Dekabr ayları ərzində sata biləcəyi 1 milyard 550 milyon dolları qalacaqdır. Yəni, Fond hər ay orta hesabla 388 milyon dollar sata bilər. Buna qarşı, bankların hərraclarda tələbi 600 milyon dollardan çox olur.

İyulun sonuna Mərkəzi Bankın valyuta ehtiyatları isə 4 milyard 162,9 milyon dollar təşkil edib. Mərkəzi Bank ehtiyatlarını qorumağa çalışır.

İyul-Avqust dövründə banklar hərraclar vasitəsilə 898,5 milyon dollar alıblar. İyulda Dövlət Neft Fondundan əlavə Mərkəzi Bank da banklara 150 milyard dollar satmışdır.

Avqust ayında daha 3 hərracın keçiriləcəyi gözlənilir. Əgər hər bir hərracda banklar 50 milyon dollar alarsa, İyul – Avqust aylarında bankların hərraclardan alacağı dolların məbləği 1 milyard 50 milyon dollara yaxınlaşacaqdır.

Bir faktı da qeyd edək. Dövlət Neft Fondu bu il ərzində hərraclarda satdığı təxminən 3,2 milyard dollardan  5 milyard manat əldə edib. Yanvar-İyun ayları ərzində  ARDNF-in  dövlət büdcəsinə transferti isə 1  milyard 760  milyon manat  təşkil etmişdir. 4,2 milyard manatdan artıq vəsait Fondda yığılıb qalıb.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271