BANK

"AGBank" Mərkəzi Bankdan 24 mln. manat kredit götürüb
18 AVQUST
304

"AGBank" Mərkəzi Bankdan 24 mln. manat kredit götürüb

2016-08-18 16:35:00

“AGBank” ASC 2016-cı ilin 2-ci rübündə Mərkəzi Bankdan 24 milyon manat cəlb edib.

Fins.az “Marja”-ya istinadən xəbər verir ki, 30 İyun 2016-cı il tarixinə Mərkəzi Bankın “AgBank”a qarşı tələbləri 45 milyon manat təşkil edib. 31 Mart 2016-cı il tarixində bu rəqəm 21 milyon manat idi.

KAPİTALI YENƏ "ƏRİYİR"

31 İyun 2016-cı il tarixinə “AGBank”ın cəmi aktivləri 579 milyon 760,76 min manat, cəmi öhdəlikləri 503 milyon 874 min manat, cəmi kapitalı isə 75 milyon 886 min manat təşkil edib. Bu ilin Mart ayının sonunda Bank 517 milyon 261 min manat cəmi aktivlərə, 434 milyon 424 min manat cəmi öhdəliklərə və 82 milyon 837 milyon manat cəmi kapitala malik idi. Bankın kapitalının yenidən 6,9 milyon manat azalması Bankın bu ilin ikinci rübündə də zərər etdiyinə işarə edir.

Xatırladaq ki, Martın 4-də “AGBank”ın səhmdarlarının növbədənkənar keçirilmiş ümumi yığıncağında Bankın nizamnamə kapitalının 100 milyon manat artırılması qərara alınmışdı. Bank Martın 13-də məlumat yayaraq bildirmişdi ki, qəbul olunan bu qərarın icrası nəticəsində "AGBank" ASC-nin nizamnamə kapitalı 77.2 milyon manat artırılaraq 102.2 milyon manat təşkil edir.

PROBLEMLİ KREDİTLƏR 30%-Ə ÇATIB

30 İyun 2016-cı il tarixinə olan məlumata görə, Bankın müştərilərə verdiyi 341 milyon 123 min manat kreditin 104 milyon 77 min manatının və ya 30%-nin  ödəmə vaxtı keçib. 31 Mart 2016-cı il tarixində Bankda vaxtı keçmiş kreditlər 88 milyon manat idi.

Bank Maliyyə nəticələri hesabatını açıqlamadığından bankın gəlirləri, xərcləri, xalis mənfəəti və ya zərəri barədə rəqəmləri təqdim edə bilmirik. Xatırladaq ki, Bank Yanvar-Mart aylarını 6 milyon 627 min manat zərər ilə başa vurmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272