BANK

Dollara tələb 603,6 milyon oldu
18 AVQUST
1282

Dollara tələb 603,6 milyon oldu

2016-08-18 13:58:00

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən keçirilmiş hərracda bankların dollara tələbi ən azı 603,6 milyon dollar olub. Fins.az "Marja"ya istinadən xəbər verir ki, bu barədə bank dairələrindən bildirilib.

Məlumata görə, bu gün Mərkəzi Bankın əvvəlki depozit hərracında cəlb etdiyi vəsaiti qaytardığı gündür. Banklar, Mərkəzi Banka yatırdıqları manatdakı vəsaitləri geri alıb dolar almağa cəhd edirlər.

Qeyd edək ki, əvvəlki hərraclarda dollara tələb 600 milyon dollara çıxaraq rekord vurmuşdu.

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış və 28 banka satılmışdır. Bu barədə "Marja"ya Mərkəzi Bankdan bildirilib.

Qeyd edək ki, bu gün üçün rəsmi USD/AZN məzənnəsi 1.6164 səviyyəsində elan olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272