BANK

“Kapital Bank”ın depozit portfeli artıb – HESABAT
15 AVQUST 2016
236

“Kapital Bank”ın depozit portfeli artıb – HESABAT

2016-08-15 15:10:00

Bu ilin birinci yarısının yekunlarına görə, “Kapital Bank”ın cəmi aktivləri 2 milyard 868,6 milyon manat təşkil edib. Fins.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, birinci rübün göstəricindən 551 milyon çoxdur. 

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Rüb ərzində bankın cəmi öhdəlikləri 2027173,2 AZN olub. Ötən üç ayda bankın kredit portfelində azalma müşahidə olunub və 1 milyard 180,7 milyon AZN təşkil edib. Depozitlərin həcmində isə əksinə artım baş verib və 3 ayda 1 milyard 108,3 milyon manatdan 1 milyard 164,1 milyon manata yüksəlib. Bankın məcmu kapitalı 246460,7 AZN,  I dərəcəli kapitalın adekvatlıq əmsalı 13,65%, məcmu kapitalın adekvatlıq əmsalı isə 15,44% olub. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267