BANK

Cahangir Hacıyevin məhkəməsi başlayıb –YENİLƏNİB
15 AVQUST
277

Cahangir Hacıyevin məhkəməsi başlayıb –YENİLƏNİB

2016-08-15 12:49:00

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Fins.az-ın APA-ya istinadən məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən İbrahim Hüseynovun vəkili məhkəmədə iştirak etmədiyi üçün hazırlıq iclasının avqustun 17-də davam etdirilməsi qərar alınıb.

** 

11.34 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Fins.az-ın APA-ya istinadən məlumatına görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edir. 

Qeyd edək ki, C. Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272