BANK

Xalis dolların satışını 80 dəfəyə yaxın azalıb
12 AVQUST
1978

Xalis dolların satışını 80 dəfəyə yaxın azalıb

2016-08-12 16:35:00
 Bu ilin ilk yarısında Azərbaycanda valyuta bazarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə kəskin azalıb. Fins.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) pul siyasəti icmalında bildirilir.
 
İcmala əsasən, hesabat dövründə ABŞ dolları ilə valyuta əməliyyatları 2,9 dəfə, avro ilə əməliyyatlar isə 2,8 dəfə azalıb. Valyuta bazarında əməliyyatların 79%-i ABŞ dolları, 21%-i digər valyutalarda aparılıb.
 
Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. Cari ilin yanvar-iyun aylarında kommersiya bankları tərəfindən satılan xalis (yəni, alışla satışın fərqi) nağd ABŞ dolları ötən ilin eyni dövrü ilə müqayisədə 73 dəfə azalaraq 78 mln. dollar, avro ilə əməliyyatlar isə 4,4 dəfə azalaraq 100 mln. avro təşkil edib.
 
"Hesabat dövrü ərzində valyuta bazarının həcminin azalması həm tələb, həm də təklif amilləri ilə əlaqədar olub. Mal və xidmət idxalının azalması, eləcə də, dollarlaşmanın səngiməsi xarici valyutaya tələbə azaldıcı təsir göstərib. 2016-cı ilin ötən dövründə Mərkəzi Bank elan etdiyi yeni məzənnə rejiminə uyğun əməliyyat çərçivəsi tətbiq edib", - deyə sənəddə qeyd olunub.
 
"İlk yarımillikdə AMB valyuta bazarında iştirakını minimuma endirib. Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə 63 valyuta satışı hərracı keçirilib. Tələb 28 hərracda təklifi üstələdiyi halda, 35 hərracda tam qarşılanıb. AMB-də valyuta satışı hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarı normal fəaliyyət göstərib. Dövr ərzində banklararası valyuta bazarında hərracdan kənar alqı-satqı əməliyyatlarının həcmi artmağa meyilli olub. Yeni məzənnə rejiminin tətbiqi AMB-nin ehtiyatlarının zəruri səviyyədə qorunmasına imkan verir", - AMB-dən bildiriblər. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272