BANK

Bankın “Milli kart”dakı payı satışa çıxarılır
12 AVQUST
281

Bankın “Milli kart”dakı payı satışa çıxarılır

2016-08-12 14:28:00

“MilliKart” MMC-nin (prosessinq mərkəzi) həmtəsisçilərindən biri payını satır.

Söhbət 2010-ci ilin sonuna yaxın lisenziyası Azərbaycan Mərkəzi Bankı tərəfindən ləğv edilmiş “Debütbank” ASC-dən gedir.

Azərbaycan qanunvericiliyinə görə, bağlanmış banklar digər hüquqi şəxslərin kapitalında iştirak payına malik ola bilməz. Odur ki, “Debütbank”ın ləğvedicisi olan şirkət onun “MilliKart”dakı payını satmağa qərar verib.
Bankın prosessinq mərkəzindəki 2,4%-lik iştirak payı (120 min manata əldə edilib) ilk öncə “MilliKart”ın digər həmtəsisçilərinə təklif olunub. Amma onlar bu payı nominal qiymətə almaq istəməyib. Bundan sonra qanuna uyğun olaraq məhkəmə qərarı əsasında iştirak payının 3-cü şəxslərə satılmasına qərar verilib.

İyulun 29-da Bakı İnzibati-İqtisadi Məhkəməsi bununla bağlı qərar qəbul edib. Hazırda potensial investorlarla payın əldə edilməsinə dair danışıqlar aparılır.

Qeyd edək ki, “MilliKart”in həmtəsisçiləri “Debütbank”la yanaşı, bir xarici şirkət (URBİS), eləcə də 17 yerli kommersiya bankıdır. Bu banklardan dördünün – “Parabank” ASC, “Texnikabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin lisenziyaları ləğv edilib.

Bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov  bildirib ki, tezliklə bu 4 bankın da “MilliKart”dakı iştirak payı məhdudlaşdırılacaq.

Prosessinq mərkəzinin həmtəsisçisi olan digər 13 bank isə “Dəmirbank” ASC, “Azərbaycan Sənaye Bankı” ASC, “Bank Respublika” ASC, “AtaBank” ASC, “Unibank” ASC, “Amrahbank” ASC, “Bank Standard” QSC, “Azər-Türk Bank” ASC, “Rabitəbank” ASC, “Turanbank” ASC, “Bank of Baku” ASC, “Xalq Bank” ASC və “Accessbank” QSC-dir.

Mənbə: texnobaz.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275