BANK

Bağlanan bu bank ipoteka kreditlərinə liderlik edir – STATİSTİKA
10 AVQUST
1131

Bağlanan bu bank ipoteka kreditlərinə liderlik edir – STATİSTİKA

2016-08-10 16:25:00

2016-ci ilin ilk yarısında cəmi 22 adi ipoteka krediti verilib. Fins.az xəbər verir ki, bu barədə iqtisadçı Vüqar Bayramovun yaydığı məlumatda I  rübdə 18 vətəndaşımız kredit ala bilib. II rübdə isə cəmi 4 nəfər ev problemini bu yolla həll edib.

Sosial ipoteka kreditlərindən faydalananlar isə ilk 6 ayda 236 mənzil ala biliblər. 

V.Bayramov qeyd edib ki, dövlət büdcəsindən maliyyələşən sosial ipoteka kreditlərinin verilməsi nisbətən qrafik üzrə getsə də adi ipoteka kreditlərin verilməsi tormuzlanıb. “Adi ipoteka kreditləri üçün əsas maliyyə mənbəyi kimi çıxış edən istiqrazların yerləşdirilməsi isə İpoteka Fondu tərəfindən ötən ilin dekabrında baş verib. İstiqrazlar yerləşdirilmədiyi üçün adi ipoteka kreditlərinin verilməsi üçün Fond pul tapa bilməyib”. 

V.bayramov hesab edir ki, Fondun əsasnaməsinin təsdiq edilməməsi də onun fəaliyyətinin genişləndirilməsinə imkan vermir. “İpoteka kreditləşməsinin sosial əhəmiyyətini nəzərə alaraq təbii ki, adi ipoteka kreditlərinin verilməsinin bərpa edilməsi çox vacibdir. Təəssüf ki, ilin bitməsinə 5 aydan az vaxtın qalmasına baxmayaraq hələlik kreditləşmə bərpa edilməyib”. 

İpoteka Fondunun hesabatından bəlli olur ki, fondun ən çox güvəndiyi bank, bu yaxınlarda müflis elan edilən “Zamin Bank” olub. Bank indiyədək fondun dəstəyi ilə 1 631 ipoteka kreditini maliyyələşdirib.

V.Bayramov deyib ki, 2006-cı ildə bəri maliyyələşdirilən 17  min 997 ipoteka kreditinin 13 min  204-u Bakının payına düşüb.

“Xanlar, Oğuz, Balakən, Sabirabad, Ucar, Ağcabədi, Salyan və Şərur rayonları isə 10 ildə cəmi 1 dəfə ipoteka krediti ala biliblər. Bu isə ipoteka kreditləri paylaşdırılan zaman regional balansın gözlənilmədiyindən xəbər verir. Hətta rəsmi rəqəmlər də göstərir ki, fond qısa zamanda adi ipoteka kreditlərinin bərpa edilməsi üçün yeni maliyyə mənbələri axtarmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271