BANK

“Elektron ipotekaya keçid şəffaflığı yüksəldəcək” – AÇIQLAMA
09 AVQUST
324

“Elektron ipotekaya keçid şəffaflığı yüksəldəcək” – AÇIQLAMA

2016-08-09 17:49:00

2017-ci il yanvarın 1-dən etibarən ipoteka kreditlərinin elektron qaydada verilməsi prosesi maksimum sadələşdirə bilər. Fins.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının “İpoteka krediti proqramının inkişafı üzrə” ekspert qrupunun rəhbəri Rəşad Paşayev BBN.az saytına müsahibəsində deyib.

Bildirib ki,  Prezidentin fərmanında ipoteka krediti almaq üçün müvəkkil bank həmin şəxsin adından elektron sistem vasitəsilə müraciət edilməsi göstərilib.

“Müraciətlər növbəlik əsasında qeydiyyata alınır və baxılır. Müraciət etmiş şəxsə qeydiyyat nömrəsi elektron sistem vasitəsilə verilir. Əsas məqsəd proseduru sadələşdirmək və avtomatlaşdırmaqdır. Elektron ipotekaya keçid sırf texniki proses kimi görülə bilər. Amma bu belə deyil. Belə ki, elektron ipotekaya keçid, ipotekanın alınması prosesindəki şəffaflığı yüksəldəcək”.

R.Paşayev  ipoteka kreditinin elektron qaydada verilməsi proseduruna aydınlıq gətirib: 

“İpoteka almaq istəyən şəxs müvəkkil banka müraciət edir. Bank 3 iş günü müddətində ona ipoteka kreditinin verilməsinə dair ilkin razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul etməlidir. Həmin qərar  verildiyi  gün ipoteka krediti almaq istəyən şəxsə bildirilməklə, elektron sistemdə yerləşdirilməlidir. Bu da ipoteka alınması prosesindən sui-istifadələrə mane olacaq”. 

Elektron ipoteka krediti işə salınandan sonra sənədlərin toplanması prosesi elektronlaşdırılacaq. R.Paşayev deyib ki, həmin elektron ipoteka proqramı hökumət portalına birləşdiriləcək. Bundan sonra kredit vermək istəyən bank bir sıra məlumatları, vətəndaşın gəlirləri haqqında məlumatları, yaşayış yeri ilə bağlı, iş yeri haqqında məlumatları müvafiq dövlət orqanından elektron formada alacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271