BANK

İpoteka kreditlərinin həcmi 50 dəfə azaldı
08 AVQUST
277

İpoteka kreditlərinin həcmi 50 dəfə azaldı

2016-08-08 15:12:00

2016-cı ilin I yarısında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 1,1 milyon manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisindən 51,4 dəfə azdır. Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.

Bununla belə, may ayında olduğu kimi, iyun ayında da AİF-in agent bankları tərəfindən ipoteka kreditləri verilməyib.

AMB-nin məlumatına əsasən, yanvar-iyun aylarında AİF 28,5 milyon manat məbləğində krediti təkrar maliyyələşdirib (azalma 24,6%).

Yanvar-iyun aylarında fond sosial ipotekanın verilməsi üçün dövlət büdcəsindən 23,1 mln. manat alıb.

AİF 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb.

Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.

2015-ci ildə AİF-in agent bankları 97,2 mln. manat məbləğində ipoteka krediti veriblər.

Mənbə:  “İnterfaks-Azərbaycan”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270