BANK

Dollar əmanətləri sahiblərinə şad xəbər
29 İYUL
4317

Dollar əmanətləri sahiblərinə şad xəbər

2016-07-29 14:48:00
Bağlanan  banklarda əmanətləri   dollarla olan  vətəndaşlara kompensasiyalar dolların iyulun 25-ə olan kursuna uyğun ödəniləcək. Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov fins.az-a bildirib ki, “Parabank”,  “Dekabank”,  “Kredobank”,  “Zaminbank”da sığorta hadisəsi iyulun 25-də baş verib:
 
“Əmanətlərin sığortalanması haqqında” qanuna  uyğun  olaraq  məzənnə  sığorta hadisəsinin baş verdiyi günün kursuna uyğun hesablanmalıdır. Adıçəkilən banklarda da bu belə olacaq. Əmanətlər iyulun 25-nə olan məzənnə ilə hesablanıb kompensasiya ediləcək” 
 
A.Cavadov əlavə edib ki, bağlanan banklarda multivalyutada olan əmanətlər manala qaytarılacaq. 
 
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının  iyulun 21-də verdiyi qərarla “Parabank”,  “Dekabank”,  “Kredobank”,  “Zaminbank”ın lisenziyaları ləğv edilib. Həmin bankıarın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271