BANK

Bağlanmış 4 bankın borcu - AÇIQLANDI
29 İYUL
644

Bağlanmış 4 bankın borcu - AÇIQLANDI

2016-07-29 12:47:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankı - "Parabank", "Zaminbank", "Kredobank" və "Dekabank" ASC-lərdə kompensasiya olunacaq əmanətlərin ümumi yekun məbləği 110,714 mln. manat təşkil edib.

fins.az xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADİF) açıqlamasında deyilir.

Xatırladaq ki, Fondun icraçı direktoru Azad Cavadov bir həftə öncə keçirdiyi mətbuat konfransında sözügedən rəqəmin 127 mln. manata yaxın olduğunu açıqlamışdı. Aparılan dəqiqləşdirmələrdən sonra isə kompensasiya olunacaq əmanətlərin ümumi məbləğinin 17 mln. manat az olduğu üzə çıxıb:

Sıra N

Banklar

Fiziki şəxslərin

ümumi əmanətləri

(mln. manat)

Qorunan əmanətlər

(mln. manat)

Kompensasiya olunan

əmanətlər

(mln. manat)

Qorunan əmanətçilərin

sayı

1

"Parabank"

87,619

61,949

43,788


18 970

 

2

"Zaminbank"

53,632

53,631

36,350

10 742

3

"Kredobank"

30,206

20,956

27,768

4 542

4

"Dekabank"

5,585

3,767

2,807

133

Qeyd edək ki, yaranmış fərqlə bağlı ADİF-in icraçı direktoru A.Cavadov bu gün rəsmi açıqlama verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274