BANK

​"Expressbank"da pay alan fiziki şəxslərin adları açıqlanıb
27 İYUL
409

​"Expressbank"da pay alan fiziki şəxslərin adları açıqlanıb

2016-07-27 11:46:00

"Expressbank" ASC-də iştirak payı alan iki fiziki şəxsin adı məlum olub. Fins.az "Report"-a istinadən xəbər verir ki, yeni səhmdarlar Hikmət Xammədov və Hafiz Seyidovdur.

Ötən ilin sonuna adı çəkilən şəxslərin "Expressbank"dakı payı müvafiq olaraq 25% və 17% olub. Onlar indiyə qədər Bankın səhmdarı olan "Ador" MMC-nin 42%-lik payını əldə ediblər.

Eyni zamanda, 2015-ci ilin sonuna "Expressbank"ın qalan səhmləri "AZENCO Group" MMC-yə (40%), "EnerqoServis" MMC-yə (17,61%) və "Azərnəqliyyatservis" MMC-yə (0,31%) məxsus olub.

Maraqlıdır ki, Bank ötən gün 2016-cı ilin ilk yarısı ilə bağlı açıqladığı hesabatda səhmdarlarının 2 hüquqi və 2 fiziki şəxs olduğunu bəyan edib.

Qeyd edək ki, yeni səhmdarlardan biri - Hikmət Xammədov eyni zamanda "Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları" ASC-də 98,5%-lik paya malikdir.

Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb və 2010-cu ildə rebrendinq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275