BANK

"Gedin banka, müqaviləni dəyişin" - FOND RƏHBƏRİNDƏN MƏSLƏHƏT
22 İYUL
4753

"Gedin banka, müqaviləni dəyişin" - FOND RƏHBƏRİNDƏN MƏSLƏHƏT

2016-07-22 19:11:00

Bu gün 4 bankın (ParaBank, ZaminBank, DekaBank və KredoBank) lisenziyası ləğv olunduqdan sonra digər bankların əmanətçiləri narahatçılıq keçirməyə başlayıblar.

Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Azad Cavadov fins.az-ın Facebook səhifəsindəki canlı yayımda bildirib ki, narahatçılıq keçirən əmanətçilər bankdakı qorunmayan əmanətlərini qorunan əmanətlərə çevirə bilərlər.

“Bankın vəziyyəti müştəri üçün maraqlı olmamalıdır. Əsas budur ki, əmanətçinin əmanəti qorunan əmanət olsun. Banklarda manatda 12%-ədək, dollarda isə 3%-dək faiz dərəcələri ilə yerləşdirilmiş əmanətlər qorunan əmanətlər sayılır. Əgər kimsə, manatda 12%-dən yuxarı, dollarda isə 3%-dən yuxarı faizlər ilə əmanət yerləşdiribsə, gedib müqaviləsini yeniləyib, əmanətini qorunan əmanət edə bilər”.

Eləcə də bax: Bağlanan banklardakı əmanətlərin aqibəti necə olacaq? - CANLI YAYIM

Azad Cavadov qeyd edib ki, bank əmanətin çıxardılmasına və ya dəyişdirilməsinə mane ola bilməz. Bank yalnız müştərini əmanəti tez çıxartdığına görə cərimələyə və ya az faiz ödəyə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274