BANK

Çətin dövrdən mənfəətlə çıxıb – BANK HESABATI
20 İYUL
473

Çətin dövrdən mənfəətlə çıxıb – BANK HESABATI

2016-07-20 13:55:00

«Caspian Development Bank» 2016-cı ilin ilk yarımilliyini 5 mln. 617 min manat mənfəətlə başa vurub. Fins.az bu barədə bankın yaydığı maliyyə hesabatına istinadən xəbər verir. Bu isə birinci rüblə müqayisədə 2,05% və ya 115,26 min manat çoxdur.

2016-cı ilin birinci yarımilliyi üzrə bankın cəmi aktivləri 120 mln. 83 min manat təşkil edib. Bu isə əvvəlki ilin7 əvvəli ilə müqayisədə 82,24 min manat çoxdur. Bankın kredit portfeli isə ikinci rüb 838,8 min manat artaraq, 107 mln. 263,62 min manat təşkil edib.

«Caspian Development Bank»ın cəmi öhdəlikləri 55 mln. 446 min manat təşkil edib. Bu isə rüb ərzində 18,38 min manat azalma deməkdir. Bankın depozit portfeli 759,11 min manat artaraq, 32 mln. 817 min manata bərabər olub.

Hesabat dövründə bankın cəmi kapitalı 100,64 artaraq, 64 mln. 637 min manat təşkil edib. Hesabat dövründə bankın faiz gəlirləri 4 mln. 399 min manat, faiz xərcləri isə 1 mln. 279 min manat təşkil edib. Bankın qeyri-faiz gəlirləri 178.18 min manat, qeyri-faiz xərcləri isə 2 mln. 854 min manata bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270