BANK

Əhali banklardakı pulunu niyə geri götürür? - AÇIQLAMA
09 İYUL
1349

Əhali banklardakı pulunu niyə geri götürür? - AÇIQLAMA

2016-07-09 10:26:00

Azərbaycan vətəndaşları banklardakı əmanətlərini geri götürməkda davam edirlər. Bu proses may ayında da davam edib, baxmayaraq ki, əmanətlərin cəkilməsi sürəti bir qədər zəifləyib.  

Belə ki, Azərbaycan Mərkəzi Bankının məlumatlarına görə, may ayında əhalinin banklardakı əmanətləri 119,1 milyon manat azalaraq iyun ayının 1-nə 7 milyard 565,9 milyon manata düşüb. Aprel ayında isə əhali banklardan 203,9 milyon manat əmanətini geri götürmüşdü.

İlin əvvəlindən əmanətlər 2 milyarda manat azalıb

Yanvar ayının 1-də əhalinin banklarda 9 milyard 473,9 milyon manat əmanəti var idi. Bu ilin ilk 5 ayında əmanətlər 1 milyard 908 milyon manat azalıb. İqtisadçı ekpert Qubad İbadoğlu bildirib ki, əhalinin banklarda əmanətlərini geri çəkməsinin iki mühüm səbəbi var. Bunlardan biri banklara inamın sarsılmasıdırsa, ikinci səbəb əhalinin gəlirlərinin azalmasıdır. "İkinci proses daha təhlükəlidir. Əgər əhali daha da yoxsullaşarsa banklarda əmanətlər daha da azala bilər"-deyə ekspert bildirib.

Q.İbadoğlu bildirir ki, bankların maliyyə vəziyyətinin pis olduğunu eşidən əmanətçilər əmanət yatırmaq istəmir, yatıranlar da tədricən pullarını geri götürür. “Texnikabank”dan sonra “Bank Standard”ın maliyyə gərginliyini yaşayan müştərilərinin vəziyyətinə düşməməyin yolunu digər banklardan da depozitlərini geri çəkməkdə görən əmanətçilərin sayının xeyli artması və onun getdikcə kütləvi xarakter alması bank sistemi üçün ciddi siqnal hesab oluna bilər".

Əmanətlət dolanışığa xərclənir

Ekpert bildirir ki, əhalinin banklardan əmanətlərini geri çəkməsinin digər səbəbini isə əhalinin getdikcə gəlirlərinin azalması, əvvəlki kimi dolana bilməməsi ilə izah etmək olar: "Bu isə Azərbaycan iqtisadiyyatının kiçilməsinə görə bağlanan biznes strukturlarının, məhdudlaşan investisiya layihələrinin, ixtisar olunan iş yerlərinin, dəyərsizləşən əmək haqqı və pensiyaların, eləcə də bahalaşan qiymətlərə görə artan xərclərin yaratdığı yeni sosial-iqtisadi mühitin müasir tələbləri kimi qiymətləndirilə bilər. Bü mühitdə xüsusilə də orta təbəqənin şəxsi ehtiyatlarının tükənməsilə onların bank yığımlarını geri çəkib istehlaka yönəltməsini şərtləndirir. Bu isə nə banklar, nə də depozitlərini geri çəkən müştərilə üçün yaxşı perspektiv vəd etmir. Çünki, bu əməliyyat nəticəsində hər iki tərəf, həm banklar və həm də əmanətçilər potensial qazanclarından məhrum olurlar".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274