BANK

Bakıda gecə-gündüz işləyən «exchange» açılıb
09 İYUL
6968

Bakıda gecə-gündüz işləyən «exchange» açılıb

2016-07-09 10:23:00

Bakıda fasiləsiz fəaliyyət göstərən daha bir valyutadəyşmə məntəqəsi işə düşüb. Fins.az-ın məlumatına görə, bu dəfə fasiləsiz işləyən «exchange»ni «DəmirBank» yaradıb. Yeni məntəqə bankın «Mərkəz» filialında yerləşir. Adı çəkilən filial fasiləsiz valyuta mübadiləsi xidmətini təklif edir. 

Bankdan bildirilib ki, müştərilər «DəmirBank»ın Nizami küçəsi 111 ünvanında («Landmark» biznes mərkəzi ilə üzbəüz) yerləşən «Mərkəz» filialında həftənin 7 günü, 24 saat (bayram və qeyri-iş günləri daxil olmaqla) sərfəli məzənnə ilə valyuta mübadiləsi əməliyyatlarını həyata keçirə bilərlər.

Eyni zamanda, «Mərkəz» filialında bankın müştəriləri istənilən vaxt cari və əmanət hesablarına mədaxil, kredit sifarişlərinin və ödənişlərinin qəbulu, plastik kart əməliyyatları, təcili pul köçürmə sistemlərinin xidmətlərindən istifadə, kommunal ödənişlər, mobil rabitə operatorları, habelə internet provayderlər və kabel televiziya şəbəkələri üzrə abunə haqlarını ödəyə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274