BANK

Azərbaycanın aparıcı lizinq şirkəti rebrendinqə hazırlaşır
08 İYUL 2016
377

Azərbaycanın aparıcı lizinq şirkəti rebrendinqə hazırlaşır

2016-07-08 16:17:00

Azərbaycanın aparıcı lizinq şirkəti olan "Joint Leasing" rebrendinqə hazırlaşır. Fins.az-ın "Report"-a istinadən verdiyi xəbərə görə, bu, onun əsas səhmdarının dəyişməsi ilə bağlıdır. Belə ki, cari ilin əvvəlindəAzərbaycan Beynəlxalq Bankı (ABB) Böyük Britaniyanın "DH Leasing Ltd." şirkətindən "Joint Leasing"in səhmlərinin 52,4%-ni alaraq ASC-nin 100%-lik sahibi olub.

Rebrendinq nəticəsində şirkətin Beynəlxalq Lizinq Şirkəti adı ilə fəaliyyətini davam etdirəcəyi gözlənilir.

Qeyd edək ki, "Joint Leasing" şirkətinin yaranma tarixi 1999-cu ilə təsadüf edir. Həmin il onun sələfi olan "Azerileasing" şirkəti ABB və Türkiyənin "Garanti Leasing" şirkəti arasında birgə müəssisə kimi təsis edilib. 2002-ci ildə "Garanti Leasing" şirkəti "Azerileasing"dəki iştirakını dayandırıb. Həmin ildən etibarən "Azerileasing" ABB-nin törəmə şirkəti kimi fəaliyyətini davam etdirib.

2007-ci ildə səhmdar kapitalının əksər hissəsi Böyük Britaniyanın "DH Leasing Ltd." şirkəti tərəfindən alındıqdan sonra "Azerileasing" adını dəyişdirib və 700 min manat nizamnamə kapitalı ilə “Joint Leasing Company” QSC (JLC) şirkəti kimi yenidən qeydiyyata alınıb.

Kommersiya fəaliyyətinə 14 iyun 2007-ci ildə başlayan JLC bu gün Azərbaycanın ən iri lizinq şirkətidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0296
  • ₽ RUB
    0.0295