BANK

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR
08 İYUL
1747

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

2016-07-08 11:32:00

Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan banklar “Bank of Baku” və “Expressbank”dır. Fins.az xəbər verir ki, bu banklarda Amerika valyutası 1,5850 manata alınır.

Dollar qiymətləri

Dolları ən aşağı qiymətə alan bank isə “Yapı Kredi Bank (Azərbaycan)” dır. Bu bankda alış qiyməti 1,4839 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə “Naxçıvanbank”dadır. Bu bank dolları 1,5970 manata satır. Dolları ən yüksək qiymətlə satan banklar isə “AFB Bank” və “Azərbaycan Beynəlxalq Bankı”dır. Bankda satış qiyməti 1,6074manatdır.

Avro qiymətləri

Avronu ən baha “PAŞA Bank”alır– 1,7320manata. Avronun ən ucuz götürüldüyü bank “Yapı Kredi Bank (Azərbaycan)”- 1,6447 manata. Avronu ən ucuz “Bank VTB (Azərbaycan)” satır – 1,7730manata. Avronun ən baha satıldığı bank isə “Bank Avrasiya”dır– 1,7840  manata. 

Banklarda dollar və avronun alış-satış qiymətləri ilə buradan tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272