BANK

AMB ikinci depozit hərracında 50 mln. manat vəsait cəlb edib
04 İYUL
427

AMB ikinci depozit hərracında 50 mln. manat vəsait cəlb edib

2016-07-04 15:45:00

Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 98,5 mln. manat olub.

Fins.az Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi 5,96 % təşkil edib. Mərkəzi Bank bundan sonra da pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə uyğun olaraq istifadə edəcək.

Qeyd edək ki, bundan əvvəl 13 iyunda Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş ilk hərracın nəticələrinə görə, cəlb edilmiş depozitlərin həcmi 129 mln. manat edib. Ortaölçülmüş faiz dərəcəsi illik 6,49% olub.

"Depozit əməliyyatları pul bazarının inkişafını və beləliklə, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşməsinin təşviqinə yönəlib", - deyə Bankdan bildirilib.

Qeyd edək ki, depozit hərracının müddəti 1 aydır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275