BANK

Rüfət Aslanlı: «Bank sektorundakı araşdırma başa çatıb» - AÇIQLAMA
03 İYUL
1269

Rüfət Aslanlı: «Bank sektorundakı araşdırma başa çatıb» - AÇIQLAMA

2016-07-03 22:18:00

Maliyyə Bazarlarına Nəzarət Palatası ölkə banklarında diaqnostikanı başa çatdırıb. Fins.az-ın məlumatına görə, bu barədə palatanın sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, diaqnostika çərçivəsində hər bir bankın vəziyyəti individual olaraq qiypmətləndirilib: «Və qənaətimiz odur ki, bank sektorunda ictimaiyyəti və iqtisadiyyatı narahat edəcək köklü, fundamental problemlər kəskin səviyyədə deyil. Eyni zamanda iqtisadiyyatda, o cümlədən, qlobal iqtisadiyyatda müəyyən proseslər baş verir. Bütün bu risklər nəzərə alınmaqla biz hər bir bankın maliyyə dayanıqlığının hazırlanması üzrə fərdi proqramm hazırlamışıq. Hazırda bu proqramlar bankların səhmdarları və icraçı orqanları ilə realizasiya olunur».

Rüfət Aslanlı bildirib ki, aprel ayında Palata bank sektğorunun durumunu qiymətləndirib, may ayında isə bank sektorunda diaqnostika aparılıb: "İyun ayından başlayaraq isə palata ayrıca olaraq hər bir bankın və ümumilikdə bank sektorunun maliyyə sabitliyinin gücləndirilməsi üçün konkret tədbirlər həyata keçiririk".

Eləcə də bax: "Bank Standard"dan qadağa götürülür - FƏALİYYƏTİNİ BƏRPA EDƏCƏK

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272