BANK

"Unibank" 1 milyard manatı keçib
30 İYUN
911

"Unibank" 1 milyard manatı keçib

2016-06-30 11:33:00

31 Dekabr 2015-ci il tarixinə Unibank ASC-nin cəmi aktivləri 1 milyard 27 milyon 983 min manat təşkil edib.

Fins.az “Marja”-ya istinadən xəbər verir ki, ötən il Bankın cəmi aktivləri 183 milyon 964 min manat və ya 22%-ə yaxın artıb. Aktivlərin artmasının əsas səbəbi Bankın Mərkəzi Bankdakı müxbir hesablardakı vəsitinin kəskin artmasıdır.

Ötən il Bankın xalis kredit və lizinq portfeli cüzi azalaraq 675,29 milyon manatdan 654,75 milyon manata düşüb.

2015-ci ildə Unibankın öhdəlikləri təxminən 30% artaraq 925,63 milyon manata qalxıb. Bankda depozitlər isə 475,03 milyon manatdan 525,95 milyon manata yüksəlib.

Ötən il Mərkəzi Bank Unibanka 80 milyon manata borc verib.

KAPİTALI 100 MİLYON MANATDAN ÇOXDUR

Ötən il Unibankın cəmi kapitalı 28,88 milyon manat azalaraq 2014-cü ilin sonundakı 131 milyon 239,29 milyon manatdan 102 milyon 798 min manata enib.

İRİ MƏBLƏĞDƏ EHTİYATLARA AYIRMA EDİB

Bankın cəmi kapitalının azalmasının səbəbi Bankın ötən ili zərər ilə başa vurmasıdır. Ötən il Unibankın zərəri 22 milyon 299 min manat təşkil edib. Bu zərər, Bankın gəlirlərinin bir hissəsini ehtiyatlara ayırması ilə bağlıdır. Bank ötən il, gələcəkdə kreditlərin qaytarılmamasından yarana biləcək mümkün zərəri bağlamaq üçün 113 milyon 172 min 100 manat ayırıb. Bu, bankın ötən ilki təxminən 202 milyon manat olan cəmi gəlirinin 56%-dir.  

GƏLİRLƏRİ ARTIB

2015-ci ildə Unibankın cəmi gəlirləri 201 milyon 742 min manat, o cümlədən faiz gəlirləri 159 milyon 715 min manat, qeyri-faiz gəlirləri isə 42 milyon 27 min manat təşkil edib. 2014-cü illə müqayisədə ötən il bankın cəmi gəlirləri 3,5% artıb.

Ötən il Bankın xalis əməliyyat mənfəəti 85 milyon 482 min manat təşkil edib. Qeyd edildiyi kimi aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlara 113 milyon 172 min manat ayrıldığından bankın xərcləri gəlirlərindən çox olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274