BANK

"Ziraat Bank" da yeni təyinat
24 İYUN
756

"Ziraat Bank" da yeni təyinat

2016-06-24 16:05:00

Fərid Əliyev Ziraat Bank Azərbaycan ASC-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin olundu.

29 aprel 2016-cı il tarixində Ziraat Bank Azərbaycan ASC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Səhmdarların  Ümumi Yığıncağının yekdil qərarı ilə Fərid Əliyev Ziraat Bank Azərbaycan ASC-nin İdarə Heyətinin Üzvü vəzifəsinə təyin olunub. 

Fərid Əliyev 2001-ci ildə Qafqaz Universitetinin İqtisadiyyatın İdarə edilməsi fakultəsinin Bank işi ixtisası üzrə bakalavır təhsili almışdır. Müxtəlif dövrlərdə Türkiyənin Sabancı Universiteti və İsveçrənin Swiss Management Center Universitetnide ixtisas artırma kurslarında iştirak etmişdir. Qeeyd edəkki Fərid Əliyev əmək fəliyyətinə 2008 ci ilin fevral ayından Yapı Kredi Bank QSC-də başlamışdır. 2008-2009 cu illərdə həmin bankda Fondların İdarə Edilməsi Departamentində Aparıcı Mütəxəsis və paralel olaraq bankın törəmə təşkilatı olan Yapı Kredi İnvest MMc-də Drektor vəzifəsini icra etmişdir. 

2009-2013cü illərdə DəmirBank ASC-də Cəzinədarlıq Departamentində Rəhbər vəzifələrdə, 2013-cü ilin sentyabr ayından, 2015-ci ilin aprel ayına qədər PAŞA Bank ASC-nin İnvestisiya Bankçılıq Departamentinin Meneceri vəzifəsində çalışmışdır. 

2015-ci ilin aprel ayından etibarən Ziraat Bank Azərbaycan ASC-də Xəzinədarlıq və Maliyyə İnstitutları vəzifəsində işləyiridi və cari ilin 14 iyul tarixindən etibarən isə İdarə Heyətinin Üzvü fəsifəsini icra etməyə başlamışdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271