BANK

Güzəştli ipotekanı bu şəxslər ala biləcək – SİYAHI - YENİ QAYDA
22 İYUN
5842

Güzəştli ipotekanı bu şəxslər ala biləcək – SİYAHI - YENİ QAYDA

2016-06-22 20:03:00

Xəbər verildiyi kimi, Azərbaycanda ipoteka kreditlərinin qaydaları dəyişir. Fins.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında» fərmanda bildirilir.

Bu fərmanla Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına kreditlərin verilməsi qaydaları da təsdiqlənib. Həmin qaydalarda digər məsələlərlə yanaşı, güzəştli ipoteka kreditlərinin kimlərə veriləcəyi müəyyən edilib.

Qaydalara əsasən aşağıdakı şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər:

Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

1. şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
2. Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
3. məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
4. ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
5. ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
6. fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
7. idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);

Eləcə də bax: İpoteka kreditləri belə veriləcək – YENİ ŞƏRTLƏR

Бундан башга, эцзяштли ипотеканы эянъя аилянин цзвц олмайан шяхсляр дя алаъаглар. Бунлар

1. Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
2. Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs;
3. Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
4. Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272