BANK

“Sığortalanan əmanətdə faiz qaldırılmalıdır” - BANK RƏHBƏRİ
22 İYUN
321

“Sığortalanan əmanətdə faiz qaldırılmalıdır” - BANK RƏHBƏRİ

2016-06-22 10:01:00

Hazırda Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 12 faiz olmaqla 3 il müddətində tam sığortalanır. Fins.az-ın Marja-ya istinadən məlumatına görə, “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri Taleh Kazımov hesab edir ki, sığortalanan manat əmanəti üzrə faizin yuxarı həddi 12%-dən də yuxarı olmalıdır.

“Manata inamı bərpa etmək, əlavə vəsaitlər cəlb etmək üçün sığortalanan manat əmanətləri üzrə faiz dərəcəsi 12%-dən də yüksək olmalıdır”, - Taleh Kazımov  bildirib.

Bankın sədri əlavə edib Mərkəzi Bank uçot faiz dərəcəsini 7%-dən də yuxarı qaldırmalıdır:

“Məniş şəxsi fikirimə görə, uçot dərəcəsi 7%-dən də yuxarı qalxmalıdır. Bu depozit faizlərinin də qalxmasına səbəb olacaqdır. Sözssüz ki, bu kreditlərin bahalaşması ilə nəticələnə bilər. Amma gəlin açıq danışaq, 2 devalvasiyadan sonra bazara stabillik lazımdır. Qeyri-stabil şəkildə yeni investisyaların cəlbi bir az çətindir. İndi mövcud olan bizneslərə dəstək, onlara dövriyyə vəsaitləri vermək lazımdır. İki devalvasiyadan sonra əhalinin alıcılıq qabiliyyəti düşüb, şirkətlərin dövriyyə vəsaitləri isə təxminən ikiqat azalıb, xərcləri isə demək olar ki, eyni səviyyədə qalıb. Onlara xərclərini bağlamaları üçün dövriyyə vəsaitləri vermək lazımdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270